Lokal SEO Nədir?

Lokal SEO günümüzdə xüsusilə kiçik və orta müəssisələr üçün əvəzolunmaz bir hal almağa başlayıb. Xüsusilə yaxınlıqdakı müəssisələri hədəf alan mobil axtarışlar gün keçdikcə artmaqdadır buna görə də rəqabət getdikcə yüksəlir.

İllər əvvəl adını eşitmədiyimiz Lokal SEO, artıq bir çox şirkətlər tərəfindən istifadə edilir və hər kəs tərəfindən tətbiq olunan sadə üsullar artıq kifayət etmir, yaxşı nəticə almaq üçün daha çox çalışmaq lazımdır. Ümumiyyətlə, SEO və Lokal SEO nə qədər oxşar üsullar olsalar da bəzi  xüsusiyyətləri nəzərinizə çatdırmaq istəyirik.

Lokal SEO ilə ziyarətçi yığmaq üçün birinci olmağınıza ehtiyac yoxdur desək nə düşünərdiniz?

Birlikdə bir test edib ziyarətçi gözündən bu prosesi təhlil edək. Evin təmizlik işləri üçün bizə yaxın  təmizlik şirkətlərinə bir nəzər salaq. Əlbəttə, reklamlar ilə qarşılaşırıq ilkin nəticələrdə amma Bakı sözü çox ümumi görsənir. Reklamları keçirik, çünki yalnız yaxınlıqdakı şirkətləri axtarırıq.